Mərkəzi Bankın sədri: “Öncədən sevinmək istəməzdik”
“Ötən il on illər ərzində müşahidə edilməyən qlobal inflyasiya ilə qarşılaşdıq. 2022-ci il maliyyə bazarlarında çətin il kimi yadda qalıb. Hətta 2021-ci ildə qlobal maliyyə bazarları analitikləri 2022-ci ildə inflyasiyanın davam edəcəyini gözləmirdilər”.
ENA.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, qlobal inflyasiyanın yüksək olması Azərbaycanda da ötən il inflyasiyanın yüksək olmasını şərtləndirib: “Bizi narahat edən məqam 2022-ci ildə illik inflyasiya 14,4 faiz olub. Bu pik inflyasiyadan azalma deməkdir. Biz bunu yüksək qiymətləndiririk. Lakin öncədən sevinmək istəməzdik. 2023-cü ildə də öz siyasətimizi formalaşdırmaqda davam edəcəyik”.