İnşaat və əmlak

Bu torpaqlarındakı evlər ilə bağlı DİN-ə müraciət edilib

Hüquqi və fiziki şəxslər tərəfindən torpaq sahələrinə dair mülkiyyət, icarə və istifadə hüququ olmayan ərazilərdə aparılmış tikinti faktları ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edilib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Nəzərə çatdırılıb ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda torpağın məqsədli təyinatından kənar istifadə edilərək fərdi yaşayış evlərinin inşa olunması faktları üzrə protokol tərtib edilməmiş digər hallarla bağlı hüquqi və fiziki şəxslər tərəfindən torpaq sahələrinə dair mülkiyyət, icarə və istifadə hüququ olmayan ərazilərdə aparılmış tikinti faktlarının araşdırılması və səlahiyyətləri daxilində müvafiq tədbirlərin görülməsi məqsədilə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aidiyyəti üzrə daxili işlər orqanlarına məktublar göndərilib.

Qeyd edək ki, Bakı şəhəri üzrə 470, digər bölgələr üzrə 1955 kənd təsərrüfatı təyinatlı torpaqlarda torpağın məqsədli təyinatından kənar istifadə edilərək fərdi yaşayış evlərinin inşa edilməsi aşkarlanıb.

Həmin faktlar üzrə torpaq qanunvericiliyinin tələblərini pozan hüquqi və fiziki şəxslər barəsində torpaq müfəttişləri tərəfindən 2020-22-ci illər ərzində ümumilikdə 1 115 inzibati xəta haqqında protokol tərtib olunaraq 568 900 manat inzibati cərimə tətbiq edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)