Hansı bank kapitalından nə qədər qazanır? – LİDERLƏR KİMLƏRDİR?
Bank menecerlərinin perfortmansını ölçən göstəricilərdən biri kimi ROE üzrə liderlərin sırasında bu il yenilik baş verib. Dövlət bankı olan Azər-Türk Bankın menecmenti kapitaldan səmərəli istifadədə ən iri dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankını qabaqlayıb. İri bankların sırasında artıq bir neçə ildir ki, Bank of Bakunun performansı da “göz qamaşdırır”.
Qeyd edək ki, ROE – mənfəətin balans kapitalına olan nisbətidir. Məhz ROE bankın səhmdarlarını maraqlandıran göstəricidir və eyni zamanda bu göstərici bankın kadr potensialının nə qədər güclü olub-olmadığını göstərir.
Beləliklə, kapitaldan daha yaxşı istifadə ilə bağlı Azərbaycan banklarının RENKİNQini sizə təqdim edirik.
Cədvələ əsasən, ən yaxşı performans göstərən TOP-5 banklar bunlardır: Kapitalbank, Bank of Baku, PAŞA Bank, Bank Respublika və Azər-Türk Bank.
Kapitalından gəlir əldə etmək deyil, “kapitalını yeyən” yeganə bank isə Bank BTB-dir.