Azərbaycanda 4 regional xəzinədarlıq idarəsi ləğv olunub
2022-ci ildə Maliyyə Nazirliyi idarəetmənin təkmilləşdirilməsi işləri çərçivəsində regionlardakı xəzinədarlıq idarələrinin sayını 16-dan 12-yə endirib.
Bu barədə nazir Samir Şərifov qurumda keçirilmiş kollegiya iclasında məlumat verib.
“Dövlət xəzinədarlığının idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində aparılan tədbirlər nəticəsində ölkənin iqtisadi rayonlarının bölgüsünə uyğun olaraq regional xəzinədarlıq idarələri yenidən təşkil edilib”, – deyə o qeyd edib.