Azərbaycanda ət və ət məhsullarının qiyməti 16%-dən çox bahalaşıb

Azərbaycanda ətin qiymətində bahalaşma müşahidə olunur.
ENA.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Azərbaycanda ət və ət məhsulları 2022-ci ilin dekabr ayında ötən aya nisbətən 100.2% olub ki, bu da aylıq müqayisədə 0.2% artım deməkdir.
Həmçinin ət məhsulları ötən ilin dekabrında 2021-ci ilin dekabr ayına nisbətən 116.3% təşkil edib ki, illik müqayisədə 16.3% bahalaşma deməkdir.