Gündəm

Suriyada İran maşınlarına dron zərbələri endirildi

Suriyada 25 yük maşınından ibarət karvan hava hücumuna məruz qalıb.

ENA.az xəbər verir ki, bu barədə "Al-Arabia" telekanalı məlumat yayıb.

Yük maşınlarının İrandan gəldiyi və İslam İnqilabı Keşikçiləri Korpusunun dəstəklədiyi qruplar üçün silah daşıdığı bildirib.

Məlumata görə, zərbə Suriyanın Əl-Bukamale şəhəri yaxınlığında “Hizbullah”ın nəzarətində olan qeyri-rəsmi sərhəd-keçid məntəqəsi ərazisində baş verib. PUA-larla endirilən zərbə nəticəsində 6 yük maşını sıradan çıxıb.

Qeyd olunub ki, hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)