Serbiyada dünyanın ən böyük qızıl yataqlarından biri tapılıb
Serbiyada ehtiyatlarına görə dünyanın ən böyük 100-lüyünə daxil ola biləcək qızıl yatağı aşkar edilib.
Bu barədə ölkə Prezidenti Aleksandr Vuçiç xalqa müraciətində deyib.
“Biz Jaqubitsadan qat-qat çox qızılı olan başqa bir yer tapdıq”, – deyə o bildirib.
Bundan əvvəl ölkənin dağ-mədən və energetika naziri Dubravka Djedovic-Neqre Serbiyanın Jaqubitsa bələdiyyəsində böyük qızıl yatağının aşkar edildiyini bildirmişdi. O vurğulayıb ki, bu, “bütün ölkənin iqtisadiyyatı, xüsusən Şərqi Serbiya üçün böyük əhəmiyyət kəsb edə bilər”.
Bundan əlavə, Vuçiç Serbiyanın son iki ildə qızıl-valyuta ehtiyatlarını əhəmiyyətli dərəcədə artırdığını bildirib. O qeyd edib ki, ölkə 2020-ci illə müqayisədə təxminən 3 dəfə çox qızıl ehtiyatlarına sahibdir.