Dövlət qurumu işçilər axtarır - MAAŞ 1400-1800 AZN
Təchizat müqavilələri üzrə mütəxəssis
Son tarix 23 fev 2023
Vəzifə öhdəlikləri:
- Satınalma müqavilələrinin hazırlanması, əlavə və dəyişikliklərin hazırlanması, ləğv edilməsi, reyestrinin aparılması;
- Müqavilələr üzrə işlərin bütün icra mərhələlərini əhatə edən idarəetmənin təşkili (icra, hesabatların təqdim edilməsi, xərclərə nəzarət, hesab fakturaların təqdim edilməsi, müqavilələrin yekunlaşdırılması, və s.);
- Müqavilənin icrası zamanı yaranmış problemlərin analizi və müvafiq tədbirlərin görülməsi;
- Rəhbərlik tərəfindən verilmiş vəzifə funksiyalarına uyğun digər tapşırıqların yerinə yetirilməsi
Tələblər:
- Hüquq sahəsi üzrə ali təhsil;
- Müqavilələrin idarə olunması sahəsi üzrə minimum 2 il iş təcrübəsi;
- “Dövlət satınalmaları” haqqında qanuna dair biliklər;
- Satınalmaların idarə olunmasına dair biliklər;
- Mükəmməl Azərbaycan dili biliyi;
- MS Office proqramlarından yaxşı səviyyədə işləmə bacarığı;
- Problem həll etmə bacarığı;
- Məlumatlarla işləmə bacarığı;
- Operativlik.
Digər:
- İş qrafiki: Həftəiçi 5 gün, 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00
- İstirahət günləri: Şənbə və bazar günləri
- Əmək haqqı: 1400 – 1700 AZN (Net).
- Mail: recruitment_dsmf@sosial.gov.a
***
Maliyyə üzrə baş mütəxəssis
Son tarix 23 fev 2023
Vəzifə öhdəlikləri:
- Maliyyə hesabatlarının təhlilinin aparılması, zəruri uyğunlaşdırma və yeniliklərinin tətbiqi, onların ümumi normalara uyğunluqlarının yoxlanılması və mövcud uyğunsuzluqların aradan qaldırılması;
- Pul vəsaitlərinin hərəkəti üzrə proqnoz məlumatlarının hazırlanması
- Maliyyə ehtiyaclarının və maliyyə xərclərinin analiz edilməsi;
- Balans, nağd pulun hərəkəti proqnozlarının hazırlanması;
- Proqnoz planlarının icrasına mütəmadi nəzarətin həyata kecirilməsi və icra vəziyyətinə dair hesabatların icmallaşdırılması, rəhbərliyə təqdim olunması;
- Maliyyə xarakterli və məzmunli müraciətlərin rəsmi tələblərə müvafiq hazırlanması
- Rəhbərlik tərəfindən tələb olunan digər işlərin icra olunması
Tələblər:
- Maliyyə/Mühasibatlıq ixtisasları üzrə ali təhsil;
- Müvafiq sahə üzrə (Maliyyə planlaması, maliyyə nəzarəti, hesabatlılığın təmin olunması və s.) 3-5 il iş təcrübəsi;
- “Microsoft Office” proqramlarından yüksək səviyyədə istifadə bacarıqları;
- Maliyyə sahəsində əhatəli nəzəri biliklər;
- Dövlət maliyyəsi sahəsində biliklər;
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə biliklər(ACCA, CFA, CIMA ya bunlara ekvivalent olan digər beynəlxalq sertifikatlar arzuolunandır);
- Statistik və riyazi – iqtisadi biliklər;
- Səlis səviyyədə Azərbaycan dili;
- İngilis və ya rus dili bilikləri üstünlükdür;
- Məsuliyyətlilik və dəqiqlik;
- Komandada işləmə bacarığı;
- Təşkilatçılıq və idarəetmə bacarığı;
- Operativlik;
- Problem həll etmə bacarığı;
- Analitik düşünmə bacarığı;
- Planlama və zamanın idarəolunması.
Digər:
- Əmək haqqı: 1400 – 1800 AZN
- İş qrafiki: Həftəiçi 5 gün, 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00
- İstirahət günləri: Şənbə və bazar günləri
- Vakansiya üzrə müraciətin son tarixi: 03.02.2023
- Mail: recruitment_dsmf@sosial.gov.a
***
Graphic&Motion Dizayner
Son tarix 23 fev 2023
Vəzifə öhdəlikləri:
- Verilmiş təlimatlar və informasiya əsasında dizayn işlərinin zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
- Qurumun fəaliyyəti ilə bağlı korporativ və promo materialların dizayn işlərinin yerinə yetirilməsi;
- Korporativ məhsulların dizayn edilməsi;
- Sosial media hesabları üçün postların dizayn edilməsi;
- Qurumun veb saytı üçün bannerlərin hazırlanması;
- Daxili çap məhsullarının hazırlanması;
- Animasiya, hərəkətli postların hazırlanması;
- Təqdimatların hazırlanması və hazırlanmış təqdimatların dizayn edilməsi;
- Fotoların və videomaterialların dizayn tərtibatı.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Adobe Illustrator, Adobe Photoshop, Adobe After Effects, Adobe Premiere, Adobe Indesign proqramlarında mükəmməl işləmə bacarığı;
- Animasiyanın yaradılması və videodizayn edilməsi;
- Bədii zövq və dizaynın müasir trendləri barədə məlumatlı olmaq;
- Bir neçə tapşırığı idarə edə bilmə bacarığı;
- Detallara diqqət və təhlil;
- Yüksək ünsiyyət qurma və komandada işləmə;
- Operativlik.
Digər:
- İş qrafiki: Həftəiçi 5 gün, 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00
- İstirahət günləri: Şənbə və bazar günləri
- Əmək haqqı: 1400 – 1800 AZN (Net)
- Qeyd: Vakansiyaya müraciət edərkən CV ilə yanaşı portfolionun əlavə edilməsi tələb olunur.
- Mail: recruitment_dsmf@sosial.gov.az