"Bayraktar" Azərbaycanda işçilər yığır - VAKANSİYALAR
Türkiyənin "Bayraktar" şirkətinin Azərbaycandakı törəmə şirkəti olan "Bayraktar Texnologiya Azərbaycan" ( "Bayraktar Teknoloji Azərbaycan" MMC) işçilərin qəbuluna başlayıb. Şirkət ötən ilin payızında dövlət qeydiyyatına alınıb.
ENA.az xəbər verir ki,"Bayraktar Texnologiya Azərbaycan" 18 vəzifə üzrə vakansiyalar elan edib.
Vakansiyalar aşağıdakılardır:
- Elektron Sistem Dizaynı Mühəndisi
- İnformasiya Texnologiyalarına Texniki Dəstək Mütəxəssisi
- İnsan Resursları Mütəxəssisi
- Inzibati Işləri Üzrə Satin Alma Mütəxəssisi
- Lojistika Anbar Mütəxəssisi
- Mexaniki dizayn mühəndisi
- Mühasibat Uçotu Mütəxəssisi
- PUA Pilotu
- Quraşdırılmış Proqram Təminatının İnkişafı Üzrə Mühəndis
- Sahə Texniki (Elektronika/Avionika)
- Süni İntellekt Proqram Təminatı Mühəndisi
- Tam Stack Proqram Mühəndisi
- Təmirin İdarə Edilməsi Üzrə Əməliyyatların Mütəxəssisi
- Təyyarə Baxım Texniki (Mexanik)
- Təyyarədə Baxım Texnik (Elektronika)
- Təyyarədə Baxım Texniki (Struktur Üzrə)
- Təyyarədə Təmir Mühəndisi
- Uçuşlara Nəzarət Mühəndisi
Şirkətində işləmək üçün buradan müraciət edə bilərsiniz (Bayraktar Teknologies Azerbaycan HR | Açıq vakansiyalar (bayraktartech.az)).
Xəbər verdiyimiz kimi, Dövlət Vergi Xidməti "Bayraktar Teknoloji Azərbaycan" MMC-ni dövlət qeydiyyatına alıb. Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, nizamnamə kapitalı 1,7 milyon manat, qanuni təmsilçisi isə Türkiyənin “Baykar Makina” şirkətinin sahə koordinatoru Hüseyn Topuzdur.