Bank

Faiq Hüseynov da “Unibank”da payını artırıb

“Unibank KB” ASC-nin İdarə Heyətinin sabiq sədri və hazırda Müşahidə Şurasında yer alan Faiq Hüseynov da bankda pay alıb.

ENA.az Banker.az-a istinadən verdiyi xəbərə görə, sənəddə bildirilir ki, o 2022-ci ilin sonunda bankın yeni buraxdığı səhmlərin 7 588 ədədini əldə edib. Bu da hər bir səhmi 2.72 manat olduğunu nəzərə aldıqda ümumi 20 639.36 manat deməkdir.

Bununla da onun payı 0.2797%-dən 0.2808%-ə qədər artıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)