Azərbaycanda 2022-ci ilin ÜDM həcmi açıqlandı
Dövlət Statistika Komitəsinin məlumat;na görə, 2022-ci ildə Azərbaycanda ÜDM-in artımı 4,6% təşkil edib. Qeyri-neft-qaz sektorunda 9,1 faiz artım, neft-qaz sektorunda isə 2,7 faiz azalma olub.
Statistikaya görə, 2022-ci ildə Azərbaycanda ÜDM-in nominal həcmi 133,8 milyard manat təşkil edib.
ÜDM-in strukturunda sənaye 51,1%, ticarət və nəqliyyat vasitələrinin təmiri 8,2%, nəqliyyat və anbar təsərrüfatı 6%, kənd və meşə təsərrüfatı, balıqçılıq 4,8%, tikinti 4,8%, turistlərin yerləşdirilməsi və s. iaşə obyektləri - 1,6%, informasiya və rabitə sektoru üzrə - 1,4%, digər sektorlar üzrə - 14,7% təşkil edir.
Vergilərin ÜDM-də xüsusi çəkisi 7,4 faiz təşkil edib.
2022-ci ildə adambaşına ÜDM 13292,2 manatdır.
Xatırladaq ki, Azərbaycan hökuməti 2022-ci il üçün ÜDM artımını 3,5%, nominal 130 milyard manat səviyyəsində proqnozlaşdırıb.
2021-ci ildə Azərbaycanda ÜDM artımı 5,6%, o cümlədən qeyri-neft ÜDM-in artımı 7,2% təşkil edib.