İnşaat və əmlak

Bakının bu ünvanında 2 minə yaxın ev söküləcək – Sakinlərə yeni mənzillər, 500 manat kirayə pulu veriləcək

Bakının Yasamal rayonu ərazisində 8 hektara yaxın ərazidə fərdi evlər sökülərək yerində hündürmərtəbəli binalar inşa edilib.

Söhbət I Alatava adlanan ərazidəki evlərdən gedir.

Belə ki, sakinlərə söküləcək evləri müqabilində kompensasiyalar da təklif olunur. Evlərini tərk edəcək vətəndaşlara yeni 12 mərtəbəli binalarda öz evlərinin sahəsindən 20 kvadrat metr əlavə sahəsi olan mənzillər təklif olunur. Yeni binaların tikiləcəyi müddət ərzində isə vətəndaşlara 500 manat kirayə pulu verilir.

Yeni binalarda mənzil almaq istəməyən vətəndaşlara isə kvadrat metri 1500 AZN-dən pul təklif olnunur.

Qeyd edək ki, ərazidə yaşayış binasını özəl tikinti şirkəti həyata keçirir. Sakinlərlə şirkət arasında qarşılıqlı razılıq əsasında 1500-2000 fərdi yaşayış evinin sökülməsi və yerində hündürmərtəbəli binaların inşası nəzərdə tutulub.(BAKU.WS)

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)