Azərbaycanla Britaniya arasında iqtisadi əməkdaşlıq müzakirə olunub
İqtisadiyyat Nazirliyində Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld ilə görüş olub.
ENA.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.
Nazir qeyd edib ki, görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələr, ticarət və investisiya sahəsində əməkdaşlıq, energetika, Britaniya şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizdəki layihələrdə iştirakı barədə fikir mübadiləsi aparılıb.