Gündəm

İrəvanda Rusiyaya etiraz aksiyası başlayıb

Bu saatlarda İrəvandakı Azadlıq meydanında mitinqə toplaşma başlayır.

ENA.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, aksiyanı “Milli Xalq Qütbü” adlı təşkilar çağırıb. “Milli Xalq Qütbü”nün üzvləri və onların tərəfdarları Azadlıq meydanından Rusiya Federasiyasının Ermənistandakı səfirliyinə doğru yürüş etməyə hazırlaşırlar.

Qeyd edilir ki, aksiya iştirakçıları Rusiya səfirliyinin binasına gedən yolu bağlamağa cəhd edəcəklər.

Polis artıq həmin əraziyə qüvvələri cəmləşdirir.

Aksiya Qarabağ ermənilərinə dəstək məqsədi və Laçın yolunun açılması tələbi ilə keçirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)