Milli Depozit Mərkəzindəki investor hesablarının sayı açıqlanıb
2022-ci ildə Milli Depozit Mərkəzində (MDM) investorlara 2 113 yeni hesab açılıb və hesabların sayı 119 623-ə çatıb.
Bu barədə MDM-dən bildirilir.
Məlumata görə, yeni hesabların 2 064-ü rezident, 49-u qeyri-rezident investorlara məxsus olub.
O cümlədən, yeni rezident hesablarının 1 908-i fiziki, 156-sı hüquqi şəxslərə, yeni qeyri-rezident hesablarının isə 44-ü fiziki, 5-i hüquqi şəxslərə məxsus olub.