Bloomberg: Rusiya neftinin bareli 38 dollara satılıb
Rusiya nefti dünya qiymətlərinin yarısına satılır və “G7” ölkələrinin tətbiq etdiyi limitdən xeyli ucuzdur.
Bu barədə “Bloomberg” “Argus” agentliyinin icmalına istinadən xəbər verir.
Qeyd olunub ki, yanvarın 6-da Primorsk limanında “Urals” neftinin bir bareli 37,80 ABŞ dollarına, Şimal dənizində hasil olunan “Brent” nefti isə həmin gün 1 bareli 78,57 ABŞ dollarına satılıb.
Nəşr qeyd edib ki, Avropa İttifaqının embarqosu və Rusiya xammalına qoyulan məhdudiyyətlər rəsmi Moskvanı getdikcə Çin və Hindistandan asılı vəziyyətə salıb.
Nəticədə Rusiya Yaxın Şərqdən gələn tədarüklərlə rəqabət aparmaq üçün nefti endirimlə satmağa məcburdur.