Avtomobil

“Sony” və “Honda” yeni avtomobil brendlərini təqdim ediblər

  Keçən ilin mart ayında Sony Group və Honda Motor tərəfindən birgə yaradılmış Sony Honda Mobility Inc. şirkəti CES 2023 sərgisi çərçivəsində ilk elektromobilinin prototipini sərgiləyib. Rəsmi məlumatda qeyd edilib ki, elektromobil bazara Afeela brendi altında satışa çıxacaq. Sony Honda Mobility Inc. şirkətinin rəhbəri Yasuhide Mizuno-nun sözlərinə əsasən sözügedən brend altında elektromobillərin istehsalı və satışa çıxarılmasında həm Sony-nin həm də Honda-nın təcrübəsindən istifadə ediləcək. Şirkət həmçinin Qualcomm və Epic Games ilə də əməkdaşlıq aparır.

    Sözügedən əməkdaşlıqlar çərçivəsində şirkətin elektromobillərində 5G şəbəkəsinin dəstəyi və müxtəlif əyləncə növləri təmin ediləcək. Afeela adlı elektromobil özündə 45 ədəd sensoru birləşdirir. Onların arasında müxtəlif kameralar, radarlar və ultrasəs sensorları mövcuddur. Qualcomm-un rəhbəri Cristiano Amon bildirib ki, elektromobil sisteminin daimi şəkildə yenilənməsini Snapdragon Digital Chassis adlı proqram təminatı sistemi təmin edəcək. Sözügedən sistem avtomobillərin layihələşdirilməsi, avtonom idarəetmə sistemlərinin hazırlanması və s. özəllikləri özündə birləşdirən bir sıra platformadan ibarətdir. Rəsmi məlumata əsasən şirkət ilk elektromobillərini Şimali Amerikada 2026-cı ildə satışa çıxartmağı planlaşdırır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)