Bosfor boğazında gəmilərin hərəkəti dayandırılıb
Bosfor boğazı vasitəsilə gəmilərin hərəkəti müvəqqəti dayandırılıb.
Bu barədə Türkiyənin Sahil Mühafizəsi Xidməti məlumat yayıb.
“Yerli vaxtla saat 06:20-də ( Bakı vaxtı ilə 07:20) qatı duman səbəbindən boğazda hər iki istiqamətdə gəmilərin hərəkəti müvəqqəti dayandırılıb. Hava şəraiti yaxşılaşdıqdan sonra hərəkət bərpa olunacaq”, – məlumatda deyilir.
Meteoroloqlar daha əvvəl yanvarın 1-dən 6-dək Mərmərə dənizi, Bosfor və Dardanel boğazlarında güclü duman olacağı barədə xəbərdarlıq etmişdilər.