Rəsmi

Eldar Əzizov şöbə müdirini işdən çıxardı

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Başçısı Aparatında struktur dəyişikliyi və yeni kadr təyinatı olub.

BI” xəbər verir ki, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əsasında İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsi yaradılıb.

Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun əmri ilə həmin şöbənin müdiri vəzifəsinə Elmin İmanov təyin edilib.

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazonov isə yeni vəzifəyə təyinat almayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)