"Ermənistan öncə əldə olunan razılaşmalardan geri çəkilir" - XİN başçısı

“Rəsmi İrəvan bəyan etmişdi ki, Azərbaycanın təqdim etdiyi 5 bəndlik prinsipdə Ermənistan üçün qəbuledilməz nəysə yoxdur. Çünki həmin prinsiplər kifayət qədər ədalətlidir”.
ENA.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2022-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Ermənistan öncə əldə olunan razılaşmalardan geri çəkilir: “Bu, ziyanlı tendensiyadır. Bu cür addımlar danışıqlar prosesinə mənfi təsrir göstərir”.
C.Bayramovun sözlərinə görə, Ermənistan tərəfi bir sıra danışıqlarla bağlı ictimaiyyətə məlumatlar sızdırır: “Bu, ziyanlıdır. Belə addımlar manipulyasiya xarakteri daşıyır”.