Qarabağ

Monitorinq qrupunun əraziyə buraxılmaması quramadır - NAZİR

Rusiya xarici işlər naziri ilə görüşdə Laçın yolundakı vəziyyətlə bağlı Azərbaycan tərəfinin mövqeyini tam bildirmişəm.

ENA.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyində ilin yekunların dair keçirilən mətbuat konfransında nazir Ceyhun Bayramov bildirib.

Nazir tam detallı danışıqları açıqlamağı düzgün hesab etməyib:

"Amma bizim monitorinq qrupunun ora buraxılmaması yerli əhali tərəfindən təşkil olunan provakasiya ilə bağlı idi. Bu təbii ki, qurama işdir. Azərbaycan tərəfi buna münasibətini bildirib".

Qeyd edək ki, sülhməramlıların o ərazidə yerləşməsi 5 il ərzindədədir. Müddətinin uzadılması ilə bağlı hər hansı razılaşma və ya müqavilə yoxdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)