İlham Əliyevə Rusiyada qızıl üzük hədiyyə edilib - FOTO

Müstəqil Dövlətlər Birliyinin (MDB) Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitində iştirak edən dövlət başçılarına qızıl üzük hədiyyə edilib.
ENA.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev də daxil olmaqla, 9 MDB ölkəsinin liderinə üzük təqdim olunub.
Məlumata görə, MDB ölkələrinin liderlərinə hədiyyə edilən üzüklər Yeni il münasibətilə hazırlanıb.
Qeyd edək ki, ötən gün Müstəqil Dövlətlər Birliyinin (MDB) liderləri Rusiyanın Sankt-Peterburq şəhərində ənənəvi olaraq Yeni il ərəfəsində qeyri-rəsmi sammitə toplaşıblar.