Fuad Nəcəfli Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib – Sərəncam
Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.
ENA.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Bu vəzifə Azərbaycan Prezidenti tərəfindən bu gün təsis edilib.
O, “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) Müşahidə Şurasının üzvü idi.