Kameral vergi yoxlaması aparılması üçün risk meyarlarından biri ləğv olunub
İqtisadiyyat Nazirliyinin Kollegiyası ləğv edilmiş Vergilər Nazirliyinin Kollegiyasının “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 7 sentyabr 2016-cı il tarixli qərarında dəyişiklik edib.
ENA.az xəbər verir ki, bununla bağlı naziri Mikayıl Cabbarov yeni qərar imzalayıb.
Qərara əsasən, Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS) kənar qaydada kameral vergi yoxlamaları aparılması üçün müəyyən edilmiş meyarlardan biri - faizlər üzrə ödəmə mənbəyində tutulan vergi məbləğlərinin nəzərə alınmasının düzgünlüyünün araşdırılması meyarı ləğv edilib
Nazirliyin Hüquq departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.