Bakıda müəllimlərin orta aylıq əməkhaqqı bu qədərdir

Bakı məktəblərində işləyən müəllimlərin orta aylıq əməkhaqqı açıqlanıb.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Bildirilib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 2022-ci təqvim ilində 867 manat təşkil edib.