ABŞ Ukraynaya “Patriot” göndərəcək
ABŞ yeni hərbi yardım paketi çərçivəsində Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemləri və aviabomaları dəqiq zərbə endirən bombalara çevirən sistemlər verəcək.
ENA.az xəbər verir ki, bu barədə CNN öz mənbələrinə istinadən məlumat yayıb.
Silahların gələn həftə Ukrayna Silahlı Qüvvələrinə təhvil veriləcəyi gözlənilir.
“Yüksək dəqiqlikli bombalar Ukraynaya Rusiyanın sabit müdafiə xətlərinə və ya digər böyük hədəflərə hücum etməyə kömək edə bilər. Lakin onları qırıcılardan atmaq lazımdır", - deyə nəşr qeyd edib.