Qarabağ

Hulusi Akar: “Zəngəzur dəhlizinin açılması savaşında da Azərbaycanın yanında olacağıq”

“Azərbaycanın istiqlaliyyətinə önəm veririk və bölgədə sülhün olması üçün çalışırıq”.

ENA.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O, Azərbaycanın haqq savaşında Türkiyənin hər zaman onun yanında olacağını bildirib:

“Can Azərbaycan 30 il işğal altında qalan öz torpaqlarını, Qarabağı 44 gün davam edən Vətən Müharibəsi ilə Ermənistandan təmizləyib. Biz də "iki dövlət, tək millət" anlayışı ilə bu günə qədər olduğu kimi, bundan sonra da Azərbaycan türkünün yanında olacağıq. Zəngəzur dəhlizinin açılması daxil, bütün haqlı savaşlarında yanında olmağa da davam edəcəyik”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)