Qarabağ

Ceyhun Bayramov Laçın yolunun bağlanmasına aydınlıq gətirdi

“Bu gün Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri və hərbi attaşelər Xarici İşlər Nazirliyinə dəvət edilib”.

ENA.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib. 

XİN başçısı vurğulayıb ki, diplomatlara və hərbi attaşelərə azərbaycanlı fəalların Xankəndi-Laçın yolunda keçirdiyi aksiya və Rusiya sülhməramlılarının fəaliyyəti haqqında məlumat verilib.

“Azərbaycan nümayəndə heyəti ilə razılaşdırılan monitorinq Ermənistan tərəfindən təsdiqlənmişdi. Amma buna əməl olunmadı. İki yatağın önündə aksiya keçirilib və Azərbaycan nümayəndə heyətinin işinə mane olublar. Daha sonra azərbaycanlılar buna etiraz olaraq aksiya keçirib”, - deyə nazir vurğulayıb.

C.Bayramov, həmçinin qeyd edib ki, Laçın yolunun azərbaycanlı etirazçılar tərəfindən bağlanması iddiası tamamilə yalandır.


“Biz yenidən bildiririk ki, bu, qarşı tərəfin növbəti təxribatıdır. Azərbaycanlı aksiya iştirakçıları bunu sosial şəbəkələrdə aydın şəkildə göstərirlər”.

Nazir onu da diqqətə çatdırıb ki, Laçın yolunda humanitar məqsədlə avtomobillərin hərəkəti həyata keçirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)