İlon Mask Tesla səhmlərini satmağa davam edir

Amerikalı iş adamı İlon Mask “Tesla”dakı payının bir hissəsini 3,6 milyard dollara satıb.
ENA.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyasının elektron bazasına daxil olan məlumatda bildirilib.
Məlumata görə, dekabrın 12-dən 14-dək Mask təxminən 22 milyon səhm satıb. Qiymət bir səhm üçün 156-176 dollar arasında dəyişib.
Qeyd edək ki, noyabrın əvvəlindən birjada “Tesla”nın qiymətli kağızlarının dəyəri azalıb. Qiymət bir səhm üçün 227 dollardan 156 dollara qədər düşüb.