Elm və Texnologiya

Azərbaycan 2024-cü ilin sonuna kimi internetlə tam təmin ediləcək

"İnnovasiyaların inkişafı üçün genişzolaqlı internet xidmətləri olmalıdır. Biz 500 mindən çox abonenti yüksəksürətli internetlə təmin etmişik".

ENA.az xəbər verir ki, bu sözləri bu gün Bakıda keçirilən II İllik İnnovasiyalar Sammitində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

O bildirib ki, bu, 5 il əvvəllə müqayisədə 5 dəfə çoxdur.

Rəşad Nəbiyev həmçinin əlavə edib ki, 2024-cü ilin sonuna qədər Azərbaycanın tamamilə genişzolaqlı internetlə təmin edilməsi qarşıya məqsəd qoyulub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)