Gündəm

“Türkiyə müdafiə sənayesində çempionlar liqasına yüksəlib” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin müdafiə sənayesi sahəsində uğurlarından danışıb.

ENA.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğan bu barədə Haliç Konqres Mərkəzində keçirilən tədbirdə çıxış edib.

“Türkiyə müdafiə sənayesində çempionlar liqasına yüksəlib. Bu sahədə 20 il kimi qısa bir müddətə böyük uğur hekayəsi yazdıq. Müdafiə proyektlərimizin büdcəsini 5.5 milyard dollardan tenderləri davam edən layihələrlə birlikdə 75 milyard ABŞ dollarına çatdırmışıq”, - Türkiyə prezidenti deyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)