Şuşada sülhməramlılara qarşı aksiya KEÇİRİLİR - VİDEO
Azərbaycanın bir qrup QHT nümayəndəsi və aktivistlər Şuşa şəhərinin girişində Rusiya sülhməramlılarına qarşı aksiyası keçirir.
ENA.az xəbər verir ki, aksiya Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ekoloji vəziyyətin gərginləşməsi ilə əlaqədardır.
Aksiya iştirakçıları sülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkovun əraziləri gəlməsini tələb ediblər.
Qeyd edək ki, bu yaxınlarda Azərbaycanın Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı və onun törətdiyi fəsadlarla bağlı ilkin monitorinqi növbəti təxribat nəticəsində baş tutmayıb. Sülhməramlıların Azərbaycana qarşı təxribatlara göz yumması haqlı olaraq etirazlara səbəb olub.