Gündəm

Azərbaycan və Aİ yeni sazişlər imzalayacaq

Avropa İttifaqı ilə Azərbaycan eyni dəyərlərin təbliğinə çalışır.

ENA.az xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko deyib.

Onun sözlərinə görə, Azərbaycan və Avropa İttifaqı yeni sazişlərin imzalanması üçün danışıqları davam etdirir.

“Avropa İttifaqı Avropa Şurası ilə Azərbaycan arasında imzalanan sənədlərə öz töhfəsini verir. Biz korrupsiyaya və insan alverinə qarşı mübarizədə əməkdaşlıq edirik”, - deyə Aİ rəsmisi vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)