Çin Azərbaycandan şərab və meyvə şirələrinin idxalını genişləndirmək istəyir
Çin Azərbaycandan şərab və meyvə şirələrinin idxalının genişləndirilməsində maraqlıdır.
Bunu Çinin Azərbaycandakı səfirliyinin iqtisadi-ticari məsələləri üzrə müşaviri Ma Çi deyib.
Onun sözlərinə görə, Azərbaycan məhsulları yüksək keyfiyyətə malikdir: “Əfsus ki, Çinin istehlakçıları Azərbaycan məhsulları ilə tanış deyillər. Bunun üçün Azərbaycan məhsullarının Çində təbliğatını genişləndirməyə ehtiyac var. Hesab edirəm ki, bu istiqamətdə birgə təşəbbüslər həyata keçirilməlidir".
Xatırladaq ki, Azərbaycanın Çinə ixracının dəyəri ötən il 210 milyon ABŞ dolları, bu ilin 10 ayında isə 240 milyon ABŞ dolları olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 20 % çoxdur. Çinin Azərbaycandan idxalının 95 %-ni neft-kimya məhsulları təşkil edib. İdxalın qalan hissəsi isə dəri (1,9 milyon ABŞ dolları), içki və şərab (340 min ABŞ dolları), kakao və digər məmulatlar (320 min ABŞ dolları) və s. olub