Gündəm

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində kadr dəyişiklikləri olub

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) kadr dəyişiklikləri olub.

Məlumata görə, təyinatlarla bağlı Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov əmr imzalayıb.

Əmrə əsasən, SHXÇDX-nin Goranboy bölməsinin rəisi, polkovnik-leytenant Xəyyam Babayev vəzifəsindən azad edilərək Xidmətin Ağdam rayon bölməsinin rəisi təyin olunub. X.Babayevin yerinə isə Mirqasım Abbasov təyinat alıb. O, bundan öncə Xidmətin Daşkəsən rayon bölməsinin rəisi işləyib.

Daşkəsən rayon bölməsinə isə Səbuhi Abdullayev rəis təyin olunub.(Unikal.org)

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)