Qarabağ

Sülhməramlı komandan Rusiya Müdafiə Nazirliyini İTTİHAM ETDİ - VİDEO

"Rusiya Müdafiə Nazirliyinin saytında Azərbaycan toponimlərinə düzgün əməl edilmir”.

ENA.az Real TV-yə istinadən xəbər verir ki, bunu Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov bildirib.

"Rusiya Müdafiə Nazirliyinin saytında Azərbaycan toponimlərinə düzgün əməl edilmir. Biz sülhməramlılar bütün toponimləri düzgün təqdim edirik. Yoxlaya da bilərsiniz", - deyə Volkov qeyd edib.

Xatırladaq ki, toponimlərin yanlış istifadə olunmaması ilə bağlı MN tərəfindən dəfələrlə edilən müraciətlərə etinasız yanaşılıb.

Həmin videonu təqdim edirik:

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)