İran hökuməti baş örtüyünün məcburi olması ilə bağlı məsələni nəzərdən keçirəcək
İran parlamenti baş örtüyünün məcburi olması məsələsini araşdıracaq ayrıca mədəniyyət şurası yaradıb.
Bunu İran parlamentinin mədəniyyət komitəsinin rəhbəri Qulamrza Montazeri deyib:
“İran parlamentinin Mədəniyyət komitəsi təvazökarlıq və baş örtüyü ilə bağlı məsələləri xüsusi olaraq həll etmək üçün işçi qrupu yaradıb”.
Montazerinin sözlərinə görə, parlamentarilər məsələnin öyrənilməsinə qoşulmağa və “açıq olmayan və ya qeyri-konstruktiv” məqamları aydınlaşdırmağa hazırdırlar.