Sosial iqtisadiyyat

TUMİB Bakı Türk Anadolu Liseyində tədbir keçirdi - FOTOLAR

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Qızılağac dövlət qoruğunun flora və faunasının "Təbiəti qoruyaq" çərçivəsində tanıdılması və atlas kartoqrafiyasının hazırlanması" layihəsi çərçivəsində Bakı Türk Anadolu Liseyində tədbir keçirib. Tədbirdə sözügedən təhsil ocağının 200-dən artıq şagirdi iştirak edib.

TUMİB İdarə Heyəti Sədri Tural Əfəndiyev çıxış edərək, TUMİB-in faəliyyəti və layihə haqqında qısa məlumat verərək, şagirdlərə dərslərində uğurlar arzulayıb. Konya Selçük Universiteti məzunu Tural Həsənqarayevin təqdimatı sırasında Qızılağac dövlət qoruğunun yaranması, ərazisində olan flora və faunası haqqında ətraflı məlumat verilib. Görüş sırasında tədbirdə iştirak edən şagirdlərin hər birinə 1 ədəd olmaq üzərə atlas, qovluq, broşur, qələm hədiyyə edilib.

Sonda təşkilat tərəfindən layihənin həyata keçməsində göstərdiyi dəstəyə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyi rəhbərliyinə, Türkiyənin Azərbaycandakı Səfirliyinin təhsil müşavirinə, Bakı Türk Anadolu Litseyinin rəhbərliyinə və texniki dəstək göstərən hər bir əməkdaşına təşəkkür edilib.

Open photo

Open photo

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)