“Qazprom” Azərbaycanda nümayəndəlik açıb
“Qazprom” PSC Azərbaycanda nümayəndəlik açıb.
“Qazprom” PSC-nin Bakıdakı nümayəndəliyi 2018-ci il dekabrın 12-də Vergilər Nazirliyində qeydiyyatdan keçib.
Şirkətin rəsmi nümayəndəsi Rusiya vətəndaşı Maksut Anderjanovdur.
Xəbər verildiyi kimi, 2017-ci ilin oktyabr ayında “Qazprom”un Direktorlar Şurası Azərbaycanda nümayəndəliyin açılmasına dair qərar qəbul edib.