Sosial iqtisadiyyat

Tahir Mirkişili: “Ərzaqla təminat səviyyəsi orta hesabla 80 %-dən çoxdur”

Azərbaycanda ərzaq məhsulları ilə təminat səviyyəsi orta hesabla 80 %-dən çoxdur.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Aqrar siyasət komitəsi ilə birgə keçirilən iclasda bildirib.

“Ərzaqlıq buğdanı nəzərə almasaq – onunla bağlı da artıq subsidiya sistemi işə düşüb – digər yeyinti məhsulları, xüsusən də minimum ərzaq səbətinə daxil olan məhsullar üzrə təminat 80 %-dən çoxdur ki, bu da bizim ərzaq təhlükəsizliyimizi təmin etməyimizə imkan verir”, – deyə o qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)