Statuslar

İxracatçı ölkə 126 min açıqlayır, Azərbaycan gömrüyü 88 min: fərq 36 mindir

Kənd təsərrüfatı naziri bü gün Dünya Ərzaq Təşkilatının iştirakı ilə keçirilən tədbirdə qeyd edib ki, ət və südlə təminat səviyyəsi 90%-ə çatıb. Yəni bu məhsullara olan tələbatımızın cəmi 10%-i xaricdən alınır. 


Yerli və xarici informasiya mənbələrini araşdıranda ən azından ətə tələbatın ödənilmə təminat səviyyəsi ilə bağlı səslənən "90%" rəqəmi real görünmür. 


Milli Statistikaya görə, bütün növə ətə olan daxili tələbat 360 min ton təşkil edir. Gömrük Komitəsi məlumat verir ki, 2017-ci ildə Azərbaycana 41 min ton, 2018-ci ildə 48 min ton ət idxal olunub. Bu rəqəmlərdən çıxış etsək, tələbatın 13%-i qədər ət idxal olunduğu görünür. Bu məlumat Comtrade bazasının rəqəmi isə üst-üstə düşür. Həmin mənbədə də ixracatçı ölkələrin hesabatına görə, 2017-ci ildə Azərbaycana 41 min ton ət ixrac edilib. Bu ixracın təxminən 60%-i Ukraynanın payına düşüb. 


Amma iş orasındadır ki, hökumət diri idxal olunan heyvanların ət istehlakının ödənilməsində iştirakını nəzərə almır. Belə çıxır ki, diri heyvanlar ancaq damazlıq və südlük məqsədlə gətirilir. Amma idxal olunan heyvanların sayı kifayət qədər çoxdur və onların hansısa hissəsinin ətlik məqsədlə ölkəyə idxalına şübhə yoxdur. Məsələn, Comtrade-in bazaında 2017-ci ildə Almaniya və Avstiyadan Azərbaycana 4500 baş iribuynuzlu mal ixrac edildiyi bildirilir və bu heyvanlar damazlıq məqsədlərlə gətirilməsi real görünür. 


Amma iş orasındadır ki, diri heyvan idxalında Comtrade və milli statistika arasında ciddi fərq var. Məsələn, Gömrük Komitəsi məlumat verir ki, 2017-ci ildə ölkəyə 88 min baş iribuynuzlu, 132 min baş isə qoyun-keçi idxal edilib. Comtrade-də isə bu rəqəm fərqlidir- ixracatçı ölkələrin məlumatına görə Azərbaycana 126.3 min baş iribuynuzlu, 116 min baş isə qoyun-keçi ixrac edilib. Gürcüstan tərəfin məlumatına görə təkcə elə onlardan Azərbaycana 77 min başa yaxın iribuynuzlu mal-qara göndərilib. Ukrayna isə 36 min göstərir. 


Hər halda ətlik məqsədlərlə gətirilən heyvanların kəsimə gedən hissəsi də dəqiq araşdırılsa, ətə tələbatın ödənilməsində nazirin dediyi kimi 10% deyil, daha çox olacağı aydın görünər

 

Ekspert Rövşən Ağayev

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department