Ceyhun Bayramov Lavrovla görüşə gedir
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla görüş keçirəcək.
ENA.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, görüş C.Bayramovun Moskvaya səfəri çərçivəsində 5 dekabr tarixində baş tutacaq.
XİN rəsmisi vurğulayıb ki, görüş zamanı Azərbaycan-Ermənistan münasibətləri müzakirə mövzusu olacaq.