Deputat: "Şənbə, bazar və bayram günləri banklar işləmir, bəs insanlar neynəsin?!"
“Şənbə, bazar və bayram günləri banklar işləmir. Başa düşürük ki, istirahət günləridir. Bəs insanlar neynəsin?! Turistlərin sayı ölkəmizdə durmadan artır”.
ENA.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Rüfət Quliyev parlamentin noyabrın 29-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, artıq turizm sahəsində böyük addımlar atılır.
“Yəqin ki, bu gün-sabah quru sərhədlər də açılacaq və turistlər gələcək. Xahiş edirəm ki, qadağalara bir də baxılsın. Valyuta ilə olan istənilən məsələ bankla əlaqəlidir. İcazə olsun ki, onların sayı artsın”.