Bank

Azərbaycanda problemli kreditlər azalıb

Bu il noyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 646 milyon manat təşkil edib.

ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 0,5 % azdır.

Ölkədə problemli kreditlər ilin əvvəlinə nisbətən 10,2 %, son 1 ildə isə 20,8 % azalıb.

Oktyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 3,2 % təşkil edib. Bu nisbət sentyabrın sonuna 3,3 %, ötən ilin sonuna 4,2 %, ötən il oktyabrın sonuna isə 5 % olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department