Ukrayna ordusu Rusiyanın iki qırıcı təyyarəsini vurub

Ukrayna ordusu son sutkada Rusiyanın “Su-25” və “Su-24” qırıcı təyyarəsini vurub.
ENA.az “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiyanın Ukrayna ərazisindəki vacib bütün infrastrukturlara raket zərbələri endirməsi təhlükəsi qalmaqdadır.