Mərkəzi Bank aktiv şəkildə bazardakı manatı yığır: 42 not hərracı keçirilib
Azərbaycan Mərkəzi Bankı 2022-ci ilin sentyabr ayının sonuna bankın notlarının qalığını 510 milyon manat səviyyəsində qiymətləndirib.
2021-ci ilin sonunda notların qalığı 200 milyon manat, 2022-ci ilin birinci rübünün sonunda 810 milyon manat, ilin birinci yarısında isə 750 milyon manat olub.
"2022-ci ilin yanvar-sentyabr aylarında Mərkəzi Bank notların satışı üzrə 42 hərrac keçirib. Notların dövriyyəyə buraxılması yolu ilə sterilizasiya olunmuş vəsaitlərin sentyabr ayının sonuna qalığı 510 milyon manat həcmində qiymətləndirilir", - Mərkəzi Bankın sentyabra pul siyasəti Mərkəzi Bankın məlumatına görə, yanvar-sentyabr aylarında 84 gün müddətinə buraxılmış notlar üzrə son hərracda gəlirlik 2,92%, 168 günlük notlar üzrə 3,5%, 252 günlük notlar üzrə 3,78% manat təşkil edib”, - bank vurğulayır.
Mərkəzi Bank hesab edir ki, notlar banklararası bazarda aktivliyə müsbət təsir göstərib. O cümlədən, 2022-ci ilin yanvar-sentyabr aylarında REPO əməliyyatlarının banklararası bazar üzrə Mərkəzi Bankın notları ilə 1,2 milyard manatlıq 240 əqd bağlanıb (hesabat dövründə banklararası bazarda REPO əməliyyatlarının bütün həcmi 573 əməliyyat üzrə 1,7 milyard manat təşkil edib.
Eyni zamanda, Mərkəzi Bank bildirir ki, 2022-ci ilin sentyabrından yeni pul siyasəti alətlərinin istifadəsinə başlanılıb.