Ərdoğan: "Suriya ilə münasibətlər bərpa oluna bilər"
Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrimiz çox yaxşıdır. Daha da yaxşı olacaq. Bu, açıq-aydın bəzi dairələri narahat edir.
Modern.az xəbər verir ki, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, Misirlə əlaqələr bərpa edildiyi kimi Suriya ilə də münasibətlər bərpa oluna bilər.
"Siyasətdə heç bir küskünlük olmayacaq", - Ərdoğan bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl Ərdoğan Suriya Prezidenti Bəşər Əsədlə görüşə hazır olduğunu açıqlayıb.