Rusiya İrəvanla Bakıya çağırış edib
Rusiya Cənubi Qafqazda sülhün bərqərar olması naminə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcək və regionda vəziyyətin gərginləşməsinə səbəb ola biləcək təxribat xarakterli ritorikadan çəkinməyə çağırır.
ENA.az xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Rusiya silahlı insidentlərin qarşısını almaq üçün hər iki tərəflə həm siyasi səviyyədə, o cümlədən dövlət başçıları, Xarici İşlər Nazirliyi və Rusiya sülhməramlı kontingenti, Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti vasitəsilə müntəzəm əlaqə saxlayır.
“Moskva Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli bəyanatlarının bütün müddəalarını, o cümlədən 2022-ci il oktyabrın 31-də Soçi sammitinin gücdən və ya hədə-qorxudan istifadə etməmək barədə razılaşmaları çərçivəsində olan müddəaları ciddi şəkildə yerinə yetirmək zərurətindən çıxış edir”, - Zaxarova deyib.