Ermənistan parlamentinin sədri: “KTMT gözləntilərimizi doğrultmadı”
![](https://ena.az/uploads/news/2022-11/_ena_c72ebce9aeb1b4baa9f642b26_o.jpg)
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) gözləntilərimizi doğrultmadı”.
Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan KTMT-nin İrəvanda keçirilən sammiti ilə bağlı jurnalistlərin sualına cavabında bildirib.
“Əgər doğrultsa idi, onda bəyannaməni imzlayardıq”, – Alen Simonyan qeyd edib.
Ermənistanın bu təşkilatda qalıb-qalmayacağı ilə bağlı suala cavabında isə o, bildirib ki, belə bəyanat verməyiblər:
“Ancaq KTMT-nin regiondan çıxmasından narahat olduğumuzu bildirmişik”.
Qeyd edək ki, noyabrın 23-də İrəvanda KTMT-nin sammiti keçirilib. Ermənistanın baş naziri Nikol Paşinyan toplantının yekun bəyannaməsini imzalamaqdan imtina edib.