“Əsas məqsəd büdcəyə qənaət idi, lakin xərclərin artımını görürük” – Vüqar Bayramov
“Gələn ilin büdcəsində cari xərclərin artırılması nəzərdə tutulur. Bunun da səbəblərindən biri publik hüquq şəxslərin yaradılması ilə bağlıdır”.
Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 22 noyabr tarixli iclasında çıxışı zamanı deputat Vüqar Bayramov bildirib.
Deputat qeyd edib ki, onların sayında da artım var: “Ümumiyyətlə, publik hüquqi şəxslərin yaradılması maliyyə, fiskal baxımından öz effektini verirmi? Büdcənin xərclər və gəlirlərinə necə təsir edir? Publik hüquqi şəxslərin yaradılmasının əsas məqsədlərindən biri də büdcə xərclərinə qənaət etməkdir. Lakin nəticə etibarilə cari xərclərin payının artmasını müşahidə edirik. Bu payın artmasında da publik hüquqi şəxslərin də xüsusi rolu var”.